Şəki sakininin evindən növbənöv narkotiklər götürüldü

Şəki sakininin evindən külli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 53 yaşlı Tərlan Vahabov şübhəli şəxs qismində saxlanılıb.

 

Onun yaşadığı evə baxış keçirilən zaman oradan 164 qramdan artıq kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 28 qrama yaxın heroin, həmçinin 110 ədəd “Tramadol” adlı dərman preparatı və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv