Şəkidə 61 yaşlı qadın hamamda ölü tapıldı

Şəkidə 61 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Hadisə ötən gün axşam saatlarında Şəki şəhəri, Dodu məhəlləsi Fuad Abdurahmanov küçəsindəki fərdi yaşayış evində baş verib.  Şəki şəhər sakini, 61 yaşlı Xatun Nəsrulla qızı İsaqovanın meyiti  ailə üzvləri tərəfindən yaşadığı evin vanna otağında aşkar edilib. Müayinə zamanı qadının dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv