Şəkidə 7 otaqlı ev yandı

Şəkidə 7 otaqlı fərdi yaşayış evi yanıb.

Bu gün səhər saatlarında rayonun Baş Kəldək kəndində, kənd sakini Abduləziz Abdulqədir oğlu Süleymanova məxsus, ümumi sahəsi 280 kv/m olan ikimərtəbəli 7 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Oğuz rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər yaşayış evi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə barədə FHN də məlumat yayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv