Şəkidə avtomobilin vurduğu piyada hadisə yerində öldü

Şəkidə avtomobilin vurduğu piyada hadisə yerində ölüb.

APA TV-nin məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində, Şəki rayonu İkinci Biləcik kəndi ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini, Yamən Quliyev idarə etdiyi minik avtomobili ilə Qaxdan Şəki şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Şəki rayonu İkinci Biləcik kənd sakini Elçin Rəcəbovu vurub.

Qəza zamanı ağır xəsarət alan Elçin Rəcəbov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv