Şəkidə dəhşətli qəza: 1 ölü, 5 yaralı

Şəkidə baş verən ağır yol qəzasında bir nəfər ölüb, beş nəfər isə xəsarət alıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 09:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonu Köbər-Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Şəki rayon sakini 1966-cı il təvəllüdlü Eldar Adil oğlu Vəlibəyovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə rayon sakini 1983-cü il təvəllüdlü Ramin Sabir oğlu Qocayevin idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili ilə toqquşub.

 

Qəza zamanı “VAZ-21011” markalı avtomobilin sərnişini, 1978-ci il təvəllüdlü Şəki rayon sakini Şahid Əşrəf oğlu Rüstəmov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişinlər - Şahid Rüstəmovun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Solmaz Qoca qızı Rüstəmova, onların övladları - 2018-ci il təvəllüdlü Elgün Rüstəmov və 2015-ci il təvəllüdlü Aliyə Rüstəmova, eləcə də avtomobillərin sürücüləri Ramin  Qocayev və Eldar Vəlibəyov müxtəlif dərəcəli bədən xəsarətləri ilə  Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv