Şəkidə DƏHŞƏTLİ QƏZA: Sürücü və azyaşlı qohumu öldü

Şəkidə traktor aşıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şəki kəndi ərazisində baş verib. 1978-ci il təvəllüdlü Ramil Məmmədovun idarə etdiyi traktorun əsas yoldan çıxaraq aşması nəticəsində sürücü və onunla birgə traktorda olan 12 yaşlı qardaşı oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv