Şəkidə evdən qızıl oğurlayan şəxs yaxalandı
Şəkidə evdən qızıl oğurlayan şəxs tutulub.
APA TV-nin məlumatına görə, Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nicat Abdulkərimov saxlanılıb.
Oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.