Şəkidə faciə: Qarğıdalı dənəsi boğazında qaldı, öldü
Boğazında qarğıdalı dənəsi qalan 28 yaşlı Şəki sakini ölüb
APA TV-nin məlumatına görə, rayonun Köbər Zəyzid kənd sakini 1994-cü il təvəllüdlü Vüqar Mustafayev boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı Vüqar Mustafayevin boğazında qarğıdalı dənəsi qaldığı məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən Vüqar Mustafayevə göstərilən yardımlara baxmayaraq, səhər saatlarına yaxın onda bioloji ölüm faktı qeydə alınıb.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.