Şəkidə həmkəndlisinin əmlakını yandıran şəxs tutuldu

Şəkidə qəsdən həmkəndlisinin əmlakını yandıran şəxs saxlanılıb.

APA TV-nin məlumatına görə, Polis Şöbəsinin Sarıca Polis Bölməsinə ərizə ilə müraciət edən  rayonun Kiçik Dəhnə kənd sakini Tural Baqiyev ona məxsus yardımçı təsərrüfatın naməlum şəxs və ya şəxslər tərəfindən qəsdən yandırıldığını bildirib. Onun sözlərinə görə yanğın zamanı 1500 ədəd ot bağlaması yanıb, 1 baş iribuynuzlu heyvan və 70 ev quşu tələf olub.

Daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində zərərçəkmişə 12 min manat dəyərində maddi ziyan vuran şəxsin həmkəndlisi, əvvəllər məhkum olunmuş Səxavət Yusifov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb. 

Səxavət Yusifov əməlini etiraf edib və sərxoş vəziyyətdə əmlakı məhv etdiyini, həmçinin həmkəndlisi ilə əvvəlcədən ədavətinin olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv
Apa.tv