Şəkidə I qrup əlil qətlə yetirildi
Şəkidə görmə məhdudiyyətli şəxs qətlə yetirilib. APA TV-nin məlumatına görə, yaşayış olmayan fərdi evlərdən birinin həyətində 1976-cı il təvəllüdlü, gözdən I qrup əlil Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub. Şəki rayon prokurorluq və polis əməkdaşlarının, eləcə də məhkəmə tibbi ekspertinin iştirakı ilə meyitə baxış keçirilib. İlkin araşdırma zamanı əvvəllər törətdiyi cinayət görə məhkum edilmiş Eyvaz Səmədovun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Meyit müayinə edilmək üçün Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Aparılan araşdırmalar zamanı Eyvaz Səmədovu Şəki şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Yusiflinin bıçaqlayaraq qətlə yetirdiyi məlum olub. Orxan Yusifli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Faktla bağlı cinayət işi başlanıb.