Şəkidə keçmiş məhkum narkotiklə yaxalandı
Şəkidə keçmiş məhkum narkotiklə tutulub.
APA TV-nin məlumatına görə, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Əsədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 0,102 qram narkotik vasitə olan heroin və 365 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.