Şəkidə leysan ciddi fəsadlar törədib

Ölkənin şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti və leysan yağışları Şəkidə bəzi fəsadlara yol açıb.

 

APA TV-nin  məlumatına görə, 24 May axşam saatlarından başlayan yağış fasilələrlə davam edib. Leysan yağışları səbəbindən Mayın 25-i gecə saatlarında Böyük Dəhnə çayının Şəki rayonun Cəfərabad kəndi yaxınlığından keçən hissəsində daşqın baş verib.

Daşqın nəticəsində 5 evin həyətyanı sahəsinə və həyətdə olan köməkçi tikililərə sel suları dolub.

 

Daha iki yaşayış evinin birinci mərtəbəsinə sel suları dolub. Səhər saatlarından müvafiq qurumların nümayəndələri əraziyə cəlb edilib. Sel sularını nasoslar vasitəsi ilə ərazidən kənarlaşdırır.

 

Cəfərabad kənd icra nümayəndəliyindən APA TV-yə verilən məlumata görə, Böyük Dəhnə çayının daşması nəticəsində bir-neçə evin həyətyanı sahəsinə sel suları dolsa da, kənin elektrik və qaz təchizatında fasilə yaranmayıb.

 

Vüqar Heydərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv