Şəkidə məcburi köçkünlər arasında dava – YARALILAR VAR

Şəkidə məcburi köçkünlərin yaşadığı qəsəbədə kütləvi dava olub, iki nəfər xəsarət alıb.

APA TV-nin məlumatına görə, hadisə məcburi köçkünlərin yaşadığı Çələbixan qəsəbəsində baş verib. Qəsəbə sakinləri Qacay Məmmədov, Elman Rəhimov və daha iki nəfər arasında dava baş verib. Bu zamanı xəsarət alan Qacay Məmmədov və Elman Rəhimov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Elman  Rəhimova ilkin tibbi yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qaçay Məmmədovun  müalicəsi isə xəstəxananın ümumi terapiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv