Şəkidə minik maşınları toqquşdu  - AVTOMOBİLLƏRDƏN BİRİ YANDI

Şəkidə yol qəzası zamanı toqquşan avtomobillərdən biri yanıb.

APA TV-nin məlumatına görə, hadisə rayonun Bideyiz kəndi ərazisində baş verib.

“VAZ 2106” markalı avtomobillə rayon sakini Umud Məmmədlinin idarə etdiyi “VAZ 21074” markalı maşın toqquşub.

Qəzadan sonra “VAZ-21074” markalı avtomobildə yanğın baş verib. Nəticədə “VAZ-21074” markalı avtomobilin yanar konstruksiyaları yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

“VAZ-2106” markalı avtomobil yanğından mühafizə edilib.

Qəza zamanı həmçinin “VAZ-2106” markalı avtomobilin sürücüsü və sərnişini yüngül xəsarət alıb. Yaralılara Şəki Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra evə  buraxılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv