Şəkidə narkobaron yaxalandı
Şəkidə narkobaron saxlanılıb.
APA TV-nin məlumatına görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Baş Göynük kənd sakini Nazim Abdullayev tutulub.
Onun yaşadığı ünvana baxış zamanı yaş halda ümumi çəkisi 25 kiloqram olan 301 ədəd çətənə bitkisi, eləcə də satış məqsədilə saxladığı 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.