Şəkidə narkotik alverçisi və müştəri tutuldu

Şəki rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

 

APA TV-nin məlumatına görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, 31 yaşlı Rafiq Əhmədov saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

 

Araşdırma zamanı ona həmin narkotik vasitəni satan şəxsin 37 yaşlı şəhər sakini, əvvəllər məhkum olunmuş Polad Əfəndiyev olduğu müəyyən edilib. Polad Əfəndiyev də şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan da heroin aşkarlanıb.

 

 

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv