Şəkidə narkotik yetişdirən şəxs tutuldu

Şəkidə narkotik vasitə əkib-becərən şəxs saxlanılıb.

APA TV-nin məlumatına görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, Alı Həsənov tutulub.

Onun yaşadığı ünvana baxış zamanı ümumi çəkisi 6 kiloqrama yaxın çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv