Şəkidə oğru dəstəsi ələ keçdi - BİRİ YENİYETMƏDİR
Şəkidə oğruluq edən şəxslər saxlanılıb.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, şəhər ərazisindəki avtotəmir emalatxanalarından birindən yeni akkumulyatorlar oğurlanıb.
Polisin keçirdiyi əməliyyatı nəticəsində ümumi dəyəri 350 manat olan 5 ədəd akkumulyatoru oğurlamaqda şübhəli bilinən Şəki şəhər sakinləri - Nicat Salmanov, Elvin Həmidli və adı açıqlanmayan bir yeniyetmə saxlanılıb.
Dindirilmə zamanı onlar əməllərini etiraf edib, oğurladıqları akkumulyatorlar onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.