Şəkidə qaz sızmasından partlayış baş verdi – BİR NƏFƏR XƏSARƏT ALDI

Şəkidə fərdi yaşayış evində qaz sızmasından partlayış olub, bir nəfər xəsarət alıb.

APA TV-nin məlumatına görə, rayonun Çeşməli kəndində, Ağabəy Ağayevə məxsus, ümumi sahəsi 110 kv/m olan yaşayış evində qaz sızmasından partlayış baş verib.

Nəticədə evin qapı-pəncərəsi dağılıb, yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri və müvafiq qurumlar cəlb edilib.

Partlayış zamanı 1967-ci il təvəllüdlü Fəridə Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona üzün, yuxarı və aşağı ətrafların termiki yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv