Şəkinin küçələrində gəzən ayı Altıağac Milli Parkına aparıldı

Bu gün səhər saatlarında meşədən qaçaraq Şəkinin mərkəzi küçələrində gəzən ayı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən iynə vurularaq yatızdırılıb.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA TV-yə bildirib ki, mütəxəssis heyəti Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə tez bir zamanda hadisə yerinə çatdırılıb.

 

"Artıq iynə təsirini göstərib və ayı Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib" deyə İradə İbrahimova bildirib.

 

Qeyd edək ki, ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Müəllif | Apa.Tv
Apa.tv