Sel kəndin rayon mərkəzi ilə əlaqəsini kəsdi

Dünən gecə saatlarından başlayan leysan xarakterli yağış Qəbələdə də fəsadlar törədib. Güclü leysan nəticəsində Qəbələnin Laza kəndinə gedən yolu sel suları yuyub. Nəticədə yol yararsız hala düşüb, Laza kəndinin rayonla əlaqəsi tamamilə kəsilib. Hazırda alternativ yoldan istifadə edilir. Çaylarda hələ də bolsululuq müşahidə olunur. İlham Əhmədov, Taleh İbrahimov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv