Sel zəncirvari qəzaya səbəb oldu - İSTANBULDA

 

İstanbulda səhər saatlarından güclü yağış başlayıb. APA TV-nin İstanbul müxbirinin verdiyi xəbərə görə, İstanbulun hər yerində yağan yağış, bəzi hallarda selə çevrilib, şəhər sakinlərinin gündəlik həyatına mənfi təsir göstərib. Belə ki, vətəndaşlar yollarda avtomobillərində qalıb, küçələrdə piyadaların hərəkəti məhdudlaşdırılıb. Ümraniye rayonunda isə 9 avtomobilin qarışdığı zəncirvari yol qəzasında yaralanan 2 nəfər xəstəxanaya aparılıb. Bundan əlavə, şiddətli yağış səbəbindən Fatehdəki tarixi Kapalı çarşının bəzi hissələrini su basıb. İstanbulun Anadolu hissəsindən (qitəsi) başlayan yağışın günün sonunadək davam edəcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv