Səmayə Məmmədova: "Azad Rəhimovun vəziyyəti çox ağırdır"

Gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.

 

Bu barədə APA TV-yə Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

 

O, ağ ciyər xərçəngindən əziyyət çəkən nazirin vəziyyətinin çox ağır olduğunu qeyd edib.

 

Qeyd edək ki, nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb.

Müəllif | Apa.Tv
Apa.tv