Şəmkir rayonunda bazarda yanğın baş verdi

Şəmkir rayonunda yanğın baş verib.

 

APA TV xəbər verir ki, hadisə Muxtariyə kəndi yağınlığındakı "Şəmkir səbəti" ticarət mərkəzində qeyd alınıb. Əsasən kənd təsərrüfatı məhsullarının satıldığı bazarda baş verən yanğın zamanı hər birinin sahəsi 30 kv metrdən artıq olan 10-dək köşk yanıb.

 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılsa da taxtadan quraşdırılmış köşklər yanaraq tam yararsız hala düşüb. Ancaq alovun yaxınlıqdakı digər ticarət obyektlərinə keçməsinin qarşısı alınıb.  Bazarda ticarətlə  məşğul olan zərərçəkənlrin sözlərinə görə, onların hər birinə azı 10 min manat dəyərində ziyan dəyib.

 

 

Yanğının baş vermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv