Şəmkir sakini tanışı tərəfindən bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb. 1952-ci il təvəllüdlü Məhəmməd Qasımov qol və bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal onun yaraları tikilib, vəziyyətinin kafi olduğu bildirilir. Onun tanışı tərəfindən bıçaqlandığı bildirilir.

 

Hadisə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv