Şəmkir su anbarında qanunsuz balıq ovuna qarşı reyd keçirildi
Şəmkir su anbarında reyd keçirilib.
APA-TV-nin Mingəçevir bürosunun məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsi Şəmkir Xətt Polis Məntəqəsi əməkdaşları qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Şəmkir su anbarı hövzəsində reyd keçirib.
Reyd zamanı ov məqsədilə suya salınmış 1050 metr uzunluğunda sintetik saplardan tikilmiş qanunsuz tor, 12 ədəd venter və digər ov alətləri aşkar edilərək götürülüb.
Qanunsuz ov alətləri sahilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ehtiram Muradov
APA TV