Şəmkirdə 36 yaşlı kişi bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

 

APA TV -nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

 

Belə ki, 1984-cü il təvəllüdlü Ramil Namazov bıçaq xəsarəti ilə xəstəxanya yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Hadisə ilə bağlı polisə də məlumat verilib.

 

Hadisəni törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb olunması istiqamətində axtarışlara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv