Şəmkirdə ağır qəza: BİR NƏFƏR ÖLDÜ
Şəmkir rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə Şəmkir şəhəri ərazisində qeydə alınıb.
Şəhər sakini Eldəniz Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Telnaz Qasımovanı vurub.
Nəticədə ağır xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.