Şəmkirdə ağır qəza: minik və yük maşınları toqquşdu

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.

 

Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü Abdullazadə Elvin Nazim oğlunun idarə etdiyi "VAZ 21099" markalı minik maşını ilə “KamAZ” markalı yük maşını toqquşub. Qəza nəticəsində “VAZ”-da olan sərnişin hadisə yerində ölüb, sürücüsü xəsarət alıb.

 

FHN-in Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən sıxılmış halda qalan sürücü maşından çıxarılıb.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv