Şəmkirdə ana və azyaşlı qızı dəm qazından zəhərlənib, ölən var

Şəmkirdə bədbəxt hadisə baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Könüllü kəndində 30 yaşlı Nailə Əsgərova və onun qızı, 7 yaşlı Səlmi Mehdiyeva dəm qazından zəhərlənib. Onların hər ikisi xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının vəziyyəti isə ağırdır.

 

Hadisənin səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv