Şəmkirdə ard-arda 2 yol qəzası baş verdi

Şəmkir rayonunda axşam saatlarında qısa intervalla 2 yol qəzası baş verib.

 

APA TV – nin xəbərinə görə, axşam saatlarında ağır tonnajlı yük avtomobili piyadanı vurub. Nəticədə Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Məmmədov hadisə yerində dünyasını dəyişib. Hadisə mərhum toydan çıxarkən baş verib.

 

Bu qəzadan bir qədər sonra rayonun "KRAZ YOLU" adlan ərazisində 2 avtomobil toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv