Şəmkirdə atasının yandırdığı evdə xəsarət alan oğlu həyatını itirdi

Aprelin 6-dan 7-nə keçən gecə Şəmkirdə ailə münaqişəsi zəminində atasının yandırdığı evdə ağır yanıq xəsarəti oğlu həyatını itirib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, 32 yaşlı Əkbər Vəliyev paytaxtdakı xəstəxanalardan birində dünyasını dəyişib.

 

Qeyd edək ki, hadisə aprelin 6-dan 7-nə keçən gecə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Vəli Yaqubov ailə münaqişəsi zəminində evə benzin tökərək yandırıb. Bu zaman onun ailə üzvləri – 54 yaşlı həyat yoldaşı Nüşabə Yaqubova, oğlu - 32 yaşlı Əkbər Vəliyev, gəlini - 32 yaşlı Nərgiz Hüseynova və azyaşlı nəvəsi - 4 yaşlı Banu Vəliyeva yanıq xəsarətləri alıb. Onlar vəziyyətləri ağır olduğundan paytaxta gətiriliblər.

 

Hadisəni törədən 57 yaşlı Vəli Yaqubov Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

 

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv