Şəmkirdə “avtoşluq” edənlər yaxalandı - SÜRÜCÜLÜK VƏSİQƏLƏRİ YOXDUR

Şəmkir polisi rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi pozan iki nəfəri saxlayıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon sakini, 22 yaşlı Elnur Teymurlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqnalıq edib. Həmin şəxsin bu hərəkətləri video görüntüyə alınıb.

 

Araşdırma zamanı Elnur Teymurlunun sürücülük hüququnun olmadığı da məlum olub. Onunla bölmədə aparılan profilaktiki söhbətlərdən sonra əməlinə görə peşman olduğunu etiraf edib: “Morula girdim bir tanış var idi. Maşını onların qapısına saldım. Sonrada maşını gecə çıxardım. Saat 2-3 olardı kənddə evə getdim. Sonra səhəri gün gəlib maşını apardılar. Elədiyim əmələ görə çox peşmanam”.

 

 

Bu görüntülər isə Şəmkirin Şiştəpə kəndində qeydə alınıb. 19 yaşlı Əli Alıyev sürdüyü “VAZ 2107” ilə yaşadıqları kəndin ərazisində avtoxuliqanlıq edib. Onun bu hərəkəti video görüntüyə alınıb. Əli Alıyevin də sükan arxasına sürücülük hüququ olmadan əyləşdiyi müəyyən edilib: “Saxla işarəsi verdilər. Saxlamadım qaçdım. Sürücülük vəsiqəm yox idi. Bu qədər”.

 

Hər iki şəxs barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

 

Müəllif | Apa.Tv
Apa.tv