Şəmkirdə avtoxuliqanlıq edənlər yaxalandı
Şəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( RPŞ DYPB) əməkdaşlarının keçirdiyi tədbir zamanı Tural Rüstəmli, İlkin Əhmədzadə, Hüseyn Tağıyev, Azər Bəhlulzadə və Fikrət Bağırovun əvvəlcədən planlaşdıraraq, qrup şəklində ümumilikdə 5 ədəd “VAZ-2107” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozduqları və bu hərəkətləri videoya çəkərək müxtəlif sosial şəbəkələrdə yerləşdirdikləri məlum olub.
Saxlanılan şəxslər barəsində protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov
APA TV