Şəmkirdə azyaşlını avtomobil vuraraq öldürüb

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA Tv-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü Nağıyev Elmar Zaur oğlu yolu keçmək istəyən zaman "Mercedes VİTO " markalı mikroavtobus onu vurub. Xəsarət alan azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv