Şəmkirdə dəhşətli qəza: 2 ölü, 5 yaralı
Şəmkirdə ağır yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Əliyaqublu kəndi ərazisində qeydə alınıb.
Şəmkir rayon sakinləri - 1992-ci il təvəllüdlü Qurbanov Babək İsmayıl oğlu idarə etdiyi "VAZ 2106" ilə 1993-cü il təvəllüdlü Allahverdiyev Səbuhi Tacəddin oğlunun sükanı arxasında olduğu “VAZ 21099" markalı avtomobillər toqquşub.
Qəza zamanı "VAZ 2106"nın sürücüsü və "VAZ 21 099”un sərnişini - Babayev Ramil Dilqəm oğlu hadisə yerində ölüblər.
Hər iki avtomobildə olan 5 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlar Şəmkir rayon sakinləri - 1993-cü il təvəllüdlü Allahverdiyev Səbuhi Tacəddin oğlu, 1996-cı il təvəllüdlü Qurbanov Rövşən Orxan oğlu, 1988-ci il təvəllüdlü Əmirov Vidadi Rəhim oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Vüsal Mais oğlu və 1988-ci il təvəllüdlü Əmirov Vidadi Rəhim oğludur. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.