Şəmkirdə dəhşətli qəza: iki qardaş və əmioğlu həlak oldu
Şəmkir-Şiştəpə yolunda ağır qəza baş verib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, 37 yaşlı Şəmkir sakini Ramil Söhrab oğlu Əmiraslanov idarə etdiyi "Lexus" markalı avtomobillə Şəmkir şəhəri istiqamətinə hərəkətdə olarkən yolun dağətəyi aşırımından keçən sərt döngəsində idarəetməni itirib. Nəticədə maşın aşıb.
Hadisə zamanı sürücü və onun əmisi oğlanları - 43 yaşlı Habil Hüseyn oğlu Əmiraslanov və 47 yaşlı qardaşı Şahin həlak olub.
Faktla bağlı araşdırma aparılır.