Şəmkirdə əməliyyat – NARKOTİK SATAN ŞƏXSLƏR TUTULDU
Şəmkirdə narkotik alqı-satqısı ilə məşğul olan şəxslər yaxalanıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Edəniz Şöhləyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0.156 qram qurudulmamış marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni tanışı Rahil Zamanovdan 10 manata aldığını bildirib.
Keçirilən əməliyyat nəticəsində Rahil Zamanov da saxlanılıb. Ondan ümumi çəkisi 8.021 qram marixuana aşkar edilib: “Həsən Namazovdan aldım narkotik vasitəni, Eldənizə 10 manata satdım. Qalanını da özüm çəkirdim”.
Davam etdirilən tədbirlər nəticəsində Namaz Həsənov da saxlanılaraq Polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zamanı 5.981 qram marixuana aşkar edilərək götürülüb. “Həmən narkotik vasitəni Kürün qırağında, işlədiyim yerdə əkmişdim. 3 kilo yarım narkotik vasitə çıxmışdı. Ondan da dostum Rahilə çəkmək üçün pay vermişdim”.
Qeyd edilən yerə baxış zamanı oradan təmiz çəkisi 3 kq 490 qram marixuana və 12 ədəd çətənə bitkisinin kolları aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir