Şəmkirdə əməliyyat – QANUNSUZ SİLAH SAXLAYAN ŞƏXSLƏR YAXALANDI

Şəmkirdə odlu silah saxlayan şəxsləri saxlayıb.  

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Fikrət Bağırov saxlanılıb.

Onun taksi kimi istifadə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış keçirilən zaman oradan 1 ədəd “BROWNING S PATENT” markalı, 6.35 kalibrli, istifadəyə yararlı tapança aşkar edilərək götürülüb.

Saxlanılan şəxs həmin odlu silahın ona məxsus olduğunu və babasından yadigar qaldığını bildirib: “Talvarda qalmışdı, onu da heç kim bilmirdi. Talvara çıxmışdım götürüb baxdım. Heç kimə də demədən evdə saxladım. Uşaqlar çağırdı gedək. Gedəndə onu da üstümdə götürdüm. Maşında onlara göstərdim. Polis əməkdaşları gəlib yolda tutdu”.

Şəmkir polisi daha bir neçə əməliyyatla atəşə yararlı bir neçə odlu silah da aşkarlayıb. Silahların hər-hansı bir cinayətdə istifadə olunub-olunmadığını öyrənmək üçün onlar ekspertizaya göndərilib: “Davam etdirilən tədbirlərlə rayonun Bayramlı kənd sakini, əvvəllər məhkum olunmuş Arzuman Abdullayevdən müvafiq sənədləri olmadan, tək lüləli, 16 kalibrli və istifadəyə yararlı “İJ” markalı tüfəng,  Zəyəm-Cırdaxan kənd sakini Qənbər Hüseynovdan bir ədəd heç bir sənədi olmayan “ATM” markalı, 16 kalibrli tüfəng, Zəyəm qəsəbə sakini Asif Nəbiyevdən isə 32 kalibrli, qoşa lüləli tüfəngi aşkar edilərək götürülüb”.

Bundan başqa, Keçili kənd sakini Cahangir Məmmədovdan da atəşə yararlı 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Fuad Nazimoğlu

Mehid Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv