Şəmkirdə evini ailəsi ilə birgə yandıran şəxs yaxalandı
Şəmkirdə ailə üzvlərini yandıran şəxs saxlanılıb.
APA TV-nin məlumatına görə, 1963-cü il təvəllüdlü Vəli Yaqubov Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib.