Şəmkirdə gizli şəkildə toy edən şəxs və qonaqlar cərimələndi

Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Pavlovniya” restoranında 120 nəfərdən ibarət toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.

Mərasim iştirakçılarından 40 nəfər barəsində protokol tərtib edilərək 200 manat miqdarında cərimə ediliblər.

Restoran sahibi və digər 3 əməkdaşı barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Digər şəxslər ilə izahedici-profilaktiki söhbətlər aparılaraq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydaları barədə məlumat verilərək bu kimi hallara bir daha yol verilməməsi barədə xəbərdarlıq edilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv