Şəmkirdə hərəkətdə olan maşın yandı
Şəmkirdə hərəkətdə olan minik maşını yanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Zaur Sarıyev küçəsində qeydə alınıb.
Rayonun Sarıtəpə kənd sakini Ənvər Ladıyev avtomobillə hərəkətdə olan zaman anidən yanğın baş verib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb. Hadisə zamanı avtomobil yararsız hala düşüb.
Qeyd edək ki, avtomobilin sahibi 3-cü qrup Qarabağ əlilidir.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV