Şəmkirdə həyətlərində narkotik yetişdirən şəxslər yaxalandı

Şəmkirdə narkotik əkib-becərən şəxslər saxlanılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında kənd sakini 56 yaşlı Alim Novruzəliyevin yaşadığı ünvana baxış keçirilib. Bu zaman aqrotexniki qaydada yetişdirilən çətənə kolları aşkarlanaraq götürülüb. Saxlanılan Alim Novruzəliyev həmin narkotik vasitəni şəxsi istifadəsi üçün yetişdirdiyini deyib.

Bundan başqa, onun üzərindən də 3 kibrit qutusunda, ümumi çəkisi 17.212 qram marixuana aşkar edilərək götürülüb.

Keçirilən digər əməliyyat nəticəsində rayonun Dəllər-Cəyir kənd sakini Tofiq Hüseynova məxsus həyətyanı sahədən də 12 ədəd çətənə kolu aşkar edilib.

Hər iki şəxs barəsində cinayət iş başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv