Şəmkirdə inşaat malları satan mağaza yanıb

Şəmkirdə mağazada yanğın olub.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Kür qəsəbəsində ümumi sahəsi 650 m² olan inşaat malları satışı mağazasında taxta materiallar 200 m³ yanıb. Taxta materiallarının qalan hissəsi və mağaza yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv