Şəmkirdə kafe və restoranlarda gecə reydi keçirildi
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargahın və Rayon Polis Şöbəsinin əməkdaşları kafe və restoranlarda reyd keçiriblər.
APA TV-nin qərb bürosunun xəbərinə görə, xüsusilə axşam saatlarında kafe, restoran və çayxanalarda bəzi neqativ hallara yol verildiyi aşkarlanıb.
Obyektlərin işçiləri və sahibləri barədə qanuna müvafiq tədbirlər görülüb. Polis əməkdaşları tərəfindən 33 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tərtib olunan protokol əsasında 200 manat məbləğində cərimə edilib. Təzəkənd kənd sakini Rauf Cəfərov isə yerli məhkəmənin qərarı ilə 8 gün müddətində inzibati qaydada həbs edilib.