Şəmkirdə maşın ağaca çırpıldı - ÖLƏN VƏ XƏSARƏT ALAN VAR

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sabirkənd kəndi yaxınlığında qeydə alınıb.

 

Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Sirac Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü və avtomobildə olan 1 nəfər sərnişin xəsarət alıb. Yaralılardan sürücü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv