Şəmkirdə maşın arakəsmələrə çırpıldı - SÜRÜCÜNÜN VƏZİYYƏTİ AĞIRDIR
Şəmkirdə yol nəqliyyat hadisəsi qeydə aınıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, qəza rayonun Könüllü kəndi ərazisində baş verib.
Şəmkir rayon sakini, “Mercedes” markalı minik maşınının sürücüsü, 1992-ci il təvəllüdlü Salmanlı Amal Sabir oğlu idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dəmir maneəyə çırpılıb, daha sonra isə aşıb.
Sürücü ağır vəziyyətdə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan Gəncədə yerləşən özəl xəstəxanaların birinə aparılıb.
Qəza zamanı yol təsərrüfatına ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.