Şəmkirdə mikroavtobus aşıb – XƏSARƏT ALANLAR VAR
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, qəza rayonun İrmaşlı kəndi yaxınlığında qeydə alınıb. Hərəkətə olan “Mercedes” markalı mikroavtobus idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı Qazax rayon sakini, 20 yaşlı Zeynəb Yolçuyeva, Tovuz rayon sakini, 30 yaşlı Xaliq Ələsgərov, Tovuz rayonunun Bayramlı kənd sakini, 30 yaşlı Rəşad Əliyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Daha 3 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. Xəstəxanaya yerləşdirilən 3 yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub.
Qeyd edək ki, avtoqəzaya səbəb mikroavtobusun sükanının qəfildən kilidə düşməsi olub. Ümumilikdə mikroavtobusda 6 nəfər olub.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV