Şəmkirdə narkotik yetişdirən şəxs yaxalandı
Şəmkirdə narkotik yetişdirən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Elşən Qarayevə məxsus evin həyətindən narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov deyir ki, bundan başqa, onun üzərinə keçirilən baxış zamanı 14.609 qram qurudulmuş marixuana tapılıb: “Vətəndaş Elşən Qarayevin yaşadığı həyətyanı sahəyə baxış zamanı oradan 8 ədəd çətənə kolu aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub”.
Saxlanılan Elşən Qarayev çətənə kollarını xüsusi qulluqla yetişdirdiyini etiraf edib: “Toxumu eləcə atmışdım vaxtaşırı sulayırdım. Oda əmələ gəlirdi. Hərdən birdə qayçı ilə kəsib yoxlayırdım ki görüm bar verirmi. Bar verəni də varı idi, verməyəni də var idi”.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV