Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib – APA TV

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106", "VAZ 2107" və digər avtomobil toqquşub.

Qəza zamanı Rəsul Əhmədov və Elçin Əhmədov ölüb. 28 yaşlı İlham Həsənov, 26 yaşlı Seymur İmanov və 58 yaşlı Əminə Əhmədova xəsarət alaraq Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Yaralılardan Əminə Əhmədovanın vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılır. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv